Britaniyalı rok ulduzu musiqi karyerasını bitirdi

Britaniyalı rok ulduzu musiqi karyerasını bitirdi
14 noyabr 2025
# 15:00

Britaniyalı rok ulduzu və "Whitesnake" qrupunun frontmeni Devid Koverdeyl 74 yaşında musiqi karyerasını başa vurduğunu açıqlayıb.

Kulis.az xəbər verir ki, sənətçi 50 illik fəaliyyətindən sonra artıq istirahət etmək istədiyini deyib və bu qərarın onun üçün "artıq yetişdiyini" bildirib.

O, fanatlarına “Vida” mahnısı ilə müraciət edərək onların hər zaman qəlbində qalacağını söyləyib.

Qeyd edək ki, Koverdeyl karyerasına "Deep Purple"da başlayıb və daha sonra yaratdığı "Whitesnake" ilə 13 studiya albomu yazdırıb.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər