Bred Pittin qızı atasının soyadından imtina edəcək

Bred Pittin qızı atasının soyadından imtina edəcək
22 iyul 2026
# 11:30

Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin qızı Vivyen atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib.

Kulis.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərinə istinadən "People" jurnalı məlumat yayıb.

Materialda 18 yaşlı qızın Los-Anceles dairəsinin Ali Məhkəməsinə rəsmi adının Vivyen Marşelin Coli-Pittdən Vivyen Marşelin Coliyə dəyişdirilməsi xahişi ilə vəsatət qaldırdığı bildirilir.

Eyni zamanda, adın dəyişdirilməsi səbəbi "şəxsi" olaraq göstərilib. Məhkəmə sənədlərinə əsasən, bu məsələ üzrə dinləmə noyabrın 2-nə təyin edilib.

Bundan əvvəl Hollivud aktyorunun övladlığa götürdüyü uşaqları – 24 yaşlı Meddoks və 21 yaşlı Zahara "Los Angeles Daily Journal" qəzetinin elanlar bölməsində Bred Pittin soyadından imtina etdikləri barədə xəbər dərc etdirmişdilər. Bildirilir ki, onlar Zahara Marli Coli və Meddoks Çivan Coli adlanmaq istəyirlər. 2024-cü ilin iyulunda ulduzun digər qızı Şaylo da atasının soyadından imtina etdiyini açıqlamışdı.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər