Bitkilər və hakimiyyət: Kaliqulanın “şəfalı” ölüm texnikası

Bitkilər və hakimiyyət: Kaliqulanın “şəfalı” ölüm texnikası
21 iyul 2025
# 11:50

Tarix boyu qəddarlığı və qeyri-adi davranışları ilə tanınan Roma imperatoru Kaliqula haqqında maraqlı fakt üzə çıxıb.

Kulis.az xəbər verir ki, yeni araşdırmalara əsasən, imperatorun şəfalı və zəhərli bitkilərlə bağlı dərin bilgiyə malik olduğu iddia olunur.

Bu fikir antik tarixçi Suetonun uzun illərdir araşdırılmayan bir hekayəsinə əsaslanır.

Hekayəyə görə, Roma senatorlarından biri səhhətindəki problemlərlə əlaqədar olaraq zəhərli qaraca otu ilə müalicə almaq üçün antik Yunan qəsəbələrindən birinə üz tutur. Lakin Kaliqula həmin senatorun ölüm əmrini verir. Səbəb isə onun sözləri ilə desək: “Heç bir faydası olmayan bir adam üçün müalicə də gərəksizdir.”

Məsələ ilə bağlı araşdırma aparan professor Luk imperatorun antik dövrdə geniş yayılmış zəhərli bitki bilgilərinə hakim olduğunu və onun "peşəkar zəhərləyici" ola biləcəyini irəli sürür.

Bu ehtimalı gücləndirən əsas məqam isə imperatorun qayınatası Germanik və qaynı Lepidin sirli ölümləridir. Bütün bunlar Kaliqulanın bitkilərə marağının sadəcə şəxsi hobbi yox, siyasi alət və həyatda qalma strategiyası ola biləcəyini göstərir.

# 120 dəfə oxunub

Müəllifin son yazıları

# # #