Birinci Beynəlxalq Opera festivalının ikinci günü başa çatdı

Birinci Beynəlxalq Opera festivalının ikinci günü başa çatdı
29 aprel 2024
# 16:00

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Gənc opera ulduzları” adlı konsert təşkil olunub. Tədbir Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera festivalının ikinci günündə keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbələri, eləcə də Fidan Hacıyeva Vokal Musiqi məktəbinin şagirdləri və dirijor Cavanşir Cəfərovun rəhbərliyi ilə “MEZZO” kamera orkestri çıxış edib.

Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri ifa olunub.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə təşkil olunan Birinci Beynəlxalq Opera festivalı mayın 3-dək davam edəcək.

# 258 dəfə oxunub

Müəllifin son yazıları

# # #