Bir sən, bir mən olum, bir uçuq kaha - Əliağa Kürçaylı

Bir sən, bir mən olum, bir uçuq kaha - Əliağa Kürçaylı
12 iyun 2026
# 13:50

Kulis.az Əliağa Kürçaylının "İstərəm" şeirini təqdim edir.

Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.

# 243 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər