Beyonsun mahnıları oğurlandı

Beyonsun mahnıları oğurlandı
15 iyul 2025
# 17:35

Amerikalı məşhur müğənni Beyonsun treklərinin yazıldığı sərt disklər oğurlanıb.

Kulis.az xəbər verir ki, bu barədə Atlanta Polis Departamenti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs müğənninin xoreoqrafına məxsus avtomobilə girib. O, Beyons tərəfindən məxfi materialların, o cümlədən yayımlanmamış kompozisiyaların və gələcək çıxışlar üçün planların olduğu iki çamadanı oğurlayıb.

Polis oğrunun şəxsiyyətinin kimliyini müəyyən etməyə müvəffəq olub. Məhkəmə artıq onun tutulması üçün order çıxarılsa da, lakin hələ də həmin şəxs saxlanılmayıb.

Xatırladaq ki, Beyons özü hazırda qastrol səfərindədir. Hadisənin baş verdiyi Atlantadakı konsert iyulun 14-də baş tutub. O, növbəti çıxışı üçün oradan Las-Veqasa yollanıb.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #