Beynəlxalq Xalça Festivalı keçirilir

Beynəlxalq Xalça Festivalı keçirilir
4 may 2025
# 12:30

Azərbaycanda ilk dəfə Beynəlxalq Xalça Festivalı keçirilir.

Kulis.az xəbər verir ki, Festival İçərişəhərdə təşkil olunub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə keçirlən Beynəlxalq Xalça Festivalının sonuncu günüdür.

Festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, interaktiv tədbirlər, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər təşkil olunacaq.

Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Tatarıstan, Özbəkistan və bir çox digər ölkələrdən xalçaçılar, istehlakçılar, sənət adamları iştirak edir.

# 82 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #