Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlandı

Beynəlxalq Əlillər Günü  ilə bağlı virtual sərgi hazırlandı
3 dekabr 2025
# 12:10

Milli Kitabxanada sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının müdafiəsinin təbliği məqsədilə “3 Dekabr - Beynəlxalq Əlillər Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, ki, sərgidə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, reabilitasiyası və sosial müdafiəsi, əlilliyin qarşısının alınması, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının məşğulluğu və digər mövzulara dair dövri mətbuatda dərc olunmuş məqalələr, monoqrafiyalar, qanunvericilik aktları, Azərbaycan və xarici dillərdə nəşrlər, həmçinin fotomateriallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

# 136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər