Bəstəkarımız beynəlxalq layihədə

Bəstəkarımız beynəlxalq layihədə
30 aprel 2025
# 09:40

Almaniyada fəaliyyət göstərən azərbaycanlı bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova “Piano tədrisində qadın bəstəkarlar” (Komponistinnen im klavierunterricht) adlı beynəlxalq bəstəkarlıq layihəsində ölkəmizi uğurla təmsil edib.

Kulis.az xəbər verir ki, soydaşımız solo fortepiano üçün yazdığı 6 saylı prelyudiya ilə layihədə iştirak edən yeganə azərbaycanlı bəstəkar olub.

Layihə çərçivəsində tanınmış pianoçuların ifa etdikləri əsərlər Almaniyanın məşhur ictimai radio kanalı olan “Bayerischer Rundfunk”un səsyazma studiyasında lentə alınıb.

Həmin əsərlər əsasında hazırlanmış antologiya kitabları və kompakt diskləri (CD) 2025-ci ildə məşhur “Naxos Records” musiqi şirkəti və “Universal Edition” musiqi nəşriyyatı tərəfindən yayımlanıb.

Qeyd edək ki, Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının, eləcə də Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin məzunudur.


# 157 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #