Bəstəkar Elnar Məmmədovun xatirəsi anıldı

Bəstəkar Elnar Məmmədovun xatirəsi anıldı
22 may 2026
# 11:40

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnar Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

Kulis.az xəbər verir ki, tədbirdə İttifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə Elnar Məmmədovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılıq yolundan və musiqi irsimizə verdiyi töhfələrdən bəhs edib.

Tədbirdə çıxış edən natiqlər Elnar Məmmədovun sənət dünyası və şəxsiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Konsertin proqramında Elnar Məmmədovun və digər görkəmli bəstəkarların əsərləri səsləndirilib.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər