Xalq şairi Vaqif Səmədoğlunun 125 aforizmi və çəkdiyi 78 fotonun toplandığı “Belə demişdi Vaqif Səmədoğlu…” kitabı çap edilib.
Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin nəşri kimi “Mütərcim” nəşriyyatında işıq üzü görən, maraqlı tərtibatla hazırlanmış kitabda şairin aforzimləri üç dildə - Azərbaycan, ingilis (tərcümə: İan Peart) və rus (tərcümə: Nicat Məmmədov) dillərində təqdim olunub.
Kitabın tərtibçisi Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri, şairin həyat yoldaşı, yazıçı-publisist Nüşabə Babayeva-Vəkilova, dizayneri Cavid Kişiyev, nəşriyyat direktoru prof. Telman Vəlixanlı, fotolar üzrə məsləhətçi Rauf Umudov, korrektoru Məlahət Qənbərovadır.
- Sahibinin taleyini yaşayan heykəl - Aybəniz İsmayılova yazır
- Fidan Hacıyeva: "Aldanmış xanım obrazını çətinliklə yaratdım" - "O" verilişi
- "Yəqin mən fəxri ada layiq deyiləm" - Aktyordan qərara etiraz
Kitabın redaktoru və naşiri Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğludur.