Narkotiklərlə bağlı aparılan araşdırma zamanı “Tims&B Productions” şirkətinin baş direktoru Timur Savcı müvəqqəti olaraq saxlanılıb.
Kulis.az xəbər verir ki, prodüser hüquq-mühafizə orqanlarında ifadə verdikdən sonra sərbəst buraxılıb.
Xatırladaq ki, Timur Savcı “Teşkilat”, “Eşref Rüya” və digər məşhur layihələrin istehsalçısı kimi tanınır.