Bakıda məşhur türk aktyorlarla görüş keçirilib

Bakıda məşhur türk aktyorlarla görüş keçirilib
26 sentyabr 2025
# 15:10

"Yerli Düşüncə" Dərnəyinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində məşhur aktyorlar Hülya Koçyigit, Berk Oktay, Anıl Altan, Duyqu Sönmezin iştirakı ilə "Gəlin tanış olaq" adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə sənətçilər öz təəssüratlarını bölüşüblər.

Aktrisa Duyqu Sönmez kino sektorunun və sənətçilərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Sənətçi, eyni zamanda, türk dünyası ölkələrində olmağın çox qiymətli hadisə olduğunu, belə tədbirlərin davam edəcəyinə ümid etdiyini vurğulayıb.

Aktyor Anıl Altan çıxışında şəhidlərimizin xatirəsini yad edib. Azərbaycana ilk dəfə "Formula-1" yarışı ilə bağlı gəldiyini bildirən sənətçi Bakının çox gözəl şəhər olduğunu, burada özlərini yad ölkədə hiss etmədiklərini vurğulayıb.

Sənətçi Berk Oktay da çıxışında başda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov olmaqla bütün şəhidlərimizin xatirəsini yad edib.

Türkiyə kinosunun məşhur aktrisası Hülya Koçyigit isə Azərbaycan üçün illərlə həsrət çəkdiyini, ölkəmizdə olmağı çox istədiyini və özünü xoşbəxt hiss etdiyini vurğulayıb. O, göstərilən diqqət üçün çox təşəkkür edib.

Qeyd edək ki, tədbir tələbə və müəllimlərin sənətçilərə sualları ilə davam edib.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər