Bakıda iki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi

Bakıda iki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi
30 oktyabr 2025
# 16:47

Bakıda iki küçəyə Xalq artisti Məmmədbağır Bağırzadənin adı verilib.

Kulis.az xəbər verir ki, bu barədə Xalq artistinin oğlu, müğənni Rahim Bağırzadə məlumat verib.

"Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nazirlər Kabinetinin göstərişi ilə atamın doğulduğu Nardaran kəndində küçələrin birinə onun adı verilib. Həmin küçədə 99 ev yerləşir.

Digər küçə isə Maştağadadır. Qəsəbə sakinlərinin şəxsi imzaları ilə toplanmış müraciət bələdiyyə tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim olunub və nəticədə bir küçəyə Məmmədbağır Bağızadənin adı verilib", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Məmmədbağır Bağırzadənin vəfatından 20 il ötür.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər