Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək

Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək
17 aprel 2024
# 16:00

Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir.

2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Dünyada Azərbaycan cazının da özünəməxsus yeri var.

Kulis.az xəbər verir ki, aprelin 28-dən 30-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü və təşkilatçılığı, ADA Universitetinin eləcə də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Baku International Jazz Day - Bakı Beynəlxalq Caz Günü silsiləsi keçiriləcək.

Qeyd edək ki, bu il beynəlxalq caz hadisəsinə müxtəlif mədəniyyət icmaları, təhsil müəssisələri, konsert müəssisələri və dövlət qurumları qatılacaq.

# 228 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #