Bakıda 800 yaşlı qəsrin bərpasına başlanıldı

Bakıda 800 yaşlı qəsrin bərpasına başlanıldı
17 sentyabr 2025
# 12:30

Dünya əhəmiyyətli memarlıq abidəsi olan Kiçik Mərdəkan qəsrində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə bərpa işlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin məlumatında bildirilib: "Həyata keçirilən bərpa işlərinin məqsədi abidənin tarixi görkəminin qorunması, uzunömürlülüyünün təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır".

Qeyd edək ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Kiçik Mərdəkan qəsri XIII əsrə aid müdafiə tikilisidir və Abşeron yarımadasının sahilboyu qalalarının mühüm nümunələrindən hesab olunur.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər