Bakı Kamera Orkestri konsert proqramı ilə çıxış etdi

Bakı Kamera Orkestri konsert proqramı ilə çıxış etdi
29 aprel 2024
# 16:30

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Bakı Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

Kulis.az xəbər verir ki, dirijor Dmitri Sitkovetskinin rəhbərliyi ilə Bakı Kamera Orkestri və solistlər - Dmitri Sitkovetski ilə Xalq artisti, professor Murad Adıgözəlzadə musiqi nömrələri ilə tamaşaçıların zövqünü oxşayıb.

Konsert proqramında, həmçinin J.S.Bach 1 saylı “Rəqs süitası”, G-dur, E.Bloch “Baal Shem” silsiləsindən “Nigun”, J.Haydn Violin, piano və simlilər üçün konsert F-dur və F.Mendelssohnun “Musiqili məktublar” - orqan, piano, simli kvartet və xor üçün Süitası səsləndirilib.

Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Əməkdar artist Fuad İbrahimovdur.

# 282 dəfə oxunub

Müəllifin son yazıları

# # #