Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində

Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində
18 oktyabr 2025
# 11:00

Parisin məşhur Luvr muzeyinin Karusel zalında keçirilən “Art Shopping - 2025” beynəlxalq incəsənət sərgisində azərbaycanlı uşaqların, eləcə də peşəkar rəssamların əsərləri nümayiş olunub.

Kulis.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Bakıda yerləşən və uşaqların yaradıcı inkişafına yönəlmiş "Little Artists by Nigarxitektor", Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın təsis etdiyi “Toğrul Nərimanbəyov” Assosiasiyasının, eləcə də Türkiyə “Saküder” Beynəlxalq İncəsənət və Sənətkarlar İcması Mədəniyyət Assosiasiyasının stendlərini ziyarət edib.

Sərgidə Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nur və Sahib Əsədlinin əsərləri də nümayiş etdirilir.

Nigar Seyid Baxşəliyevanın rəhbərlik etdiyi "Little Artists by Nigarxitektor" dərnəyinin uşaqlarının əsərləri maraqla izlənilib.

Qeyd edək ki, sərgi oktyabrın 19-dək davam edəcək.

# 141 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər