Çinin paytaxtı Pekində 10-cu Beynəlxalq İncəsənət Biennalesi keçirilir.
Kulis.az xəbər verir ki, 2 ildə bir dəfə keçirilən sərginin builki mövzusu “Birgəyaşayış“dır.
Sərgidə 120 ölkədən 600-dən çox əsər nümayiş olunur.
Biennaledə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmiz rəssam Bütünay Haqverdiyevin “Kənd toyu” əsəri ilə təmsil olunur.
Qeyd edək ki, Çinin Ədəbiyyat və İncəsənət Federasiyası, Çin İncəsənət Xadimləri Assosiasiyası və Pekin bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgi yanvarın 28-dək davam edəcək.