Azərbaycanın Montrö festivalında iştirakı caz proqramı ilə yekunlaşdı

Azərbaycanın Montrö festivalında iştirakı caz proqramı ilə yekunlaşdı
15 sentyabr 2026
# 12:30

Sentyabrın 14-də “Auditorium Stravinski”də keçirilən qala konsertindən sonra Azərbaycan caz sənətinə həsr olunmuş konsert proqramı təqdim edilib.

APA xəbər verir ki, konsertdə tanınmış caz pianoçusu və bəstəkar İsfar Sarabski öz triosu – kontrabas ifaçısı Makar Novikov və zərb alətləri ifaçısı Amir Bresler ilə çıxış edib.

Proqramda İsfar Sarabskinin “Horses of Garabagh”, “Around the Thread”, “BTS (Behind Train Station) Blues”, “Planet” və “G-Man” əsərləri, həmçinin Klod Debüssinin “Clair de Lune” əsərinin caz aranjimanı səsləndirilib. “Horses of Garabagh” kompozisiyasında trioya tarzən Şəhriyar İmanov qoşulub.

Konsert çərçivəsində Səid Rüstəmovun “Hardasan” mahnısı Əməkdar artist Sevda Ələkbərzadənin, “Ay Laçın” Azərbaycan xalq mahnısı isə İlkin Dövlətovun ifasında təqdim olunub.

Beləliklə, festival çərçivəsində Azərbaycanın iştirakı milli rəqs, klassik musiqi, muğam və cazı əhatə edən çoxşaxəli proqramla başa çatıb.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər