Azərbaycanın aşıq və muğam musiqisi Londonda

Azərbaycanın aşıq və muğam musiqisi Londonda
9 mart 2026
# 10:45

London Universitet Kollecinin Azərbaycan Cəmiyyəti tərəfindən Azərbaycan musiqisinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə gənc bəstəkar və “Qarabağ” futbol klubunun rəsmi himninin müəllifi Rüzgar Əhmədzadə çıxış edib.

Tədbirdə Azərbaycanın aşıq və muğam musiqisi barədə məlumat verilib, bu janrlardan nümunələr dinlənilib. Həmçinin, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətindəki misilsiz rolu barədə danışılıb.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin tanıdılmasının əhəmiyyəti vurğulanıb və bu kimi görüşlərin tələbələr arasında mədəni dialoqun inkişafına töhfə verdiyi bildirilib.

# 171 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər