Azərbaycanəsilli müğənni qızına görə konsertini ləğv etdi

Azərbaycanəsilli müğənni  qızına görə konsertini ləğv etdi
7 avqust 2025
# 12:45

Qazaxıstanın azərbaycanəsilli müğənnisi Jah Khalib (Bəxtiyar Məmmədov) yaxın günlərdə keçiriləcək konsertləri ləğv etməli olub.

Kulis.az xəbər verir ki, bu barədə sənətçi özünün instaqram hesabında paylaşım edib: "Əfsuslar olsun ki, bu turu ləğv etməli və ya (əgər gözləməyə hazırsınızsa) təxirə salmalı olacağam. Səbəb isə yeni doğulan qızımın əməliyyatdan sonra kritik vəziyyətdə olmasıdır. Gücümü toplamağa çalışsam da, səhnəyə çıxmağa hazır deyiləm".

Qeyd edək ki, sənətçi bu çətin dönəmdə həyat yoldaşının yanında olmalı olduğunu və pərəstişkarlarından anlayış göstərmələrini xahiş edib: "Ümid edirəm ki, anlayışla qarşılayarsınız. Xahiş edirəm, kim necə bacarırsa, dua etsin ki, övladlarımız sağ-salamat olsunlar".

# 125 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər