“Azərbaycanda alman izləri” kitabı nəşr olunub

“Azərbaycanda alman izləri”  kitabı nəşr olunub
29 sentyabr 2025
# 13:47

Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə tanınmış fotoqraf Etibar Cəfərovun “Azərbaycanda alman izləri” adlı fotokitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, alman və ingilis dillərində işıq üzü görən bu unikal nəşrdə ölkəmizdə almanların zəngin tarixi, mədəniyyəti və töhfələri təsirli görüntülərlə təqdim olunur.

Fotokitabın hazırlanmasında alman tarixçisi professor Eva-Maria Aux da yaxından iştirak edib.

Qeyd edək ki, kitabın səfirlik tərəfindən Almaniyanın siyasi, iqtisadi, elmi, mədəni və mətbuat dairələrində geniş şəkildə yayılması nəzərdə tutulur.

# 58 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər