"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb

"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb
9 may 2025
# 11:30

Sumqayıt şəhərində AYB Sumqayıt bölməsi, Abşeron- Xızı Regional Mədəniyyət İdarəsi Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun təşkilatçılığı ilə "Azərbaycan" jurnalının kollektivi ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə alimlər, şairlər, yazıçılar, jurnalistlər, poeziyasevərlər iştirak ediblər.

Sumqayıt şəhər Poeziya Klubunun müdiri İbrahim İlyaslı tədbir iştirakçılarını salamlayaraq "Azərbaycan" jurnalının kollektivini oxuculara təqdim edib.

Tədbirdə tənqidçi Nərgiz Cabbarlı, baş redaktorun müavini Südabə Ağabalayeva, şöbə müdirləri Azad Yaşar, Qəşəm Nəcəfzadə, baş redaktorun müavini Məmməd Oruc, tənqidçi Vaqif Yusifli, məsul katib Vüsal Nuru çıxış edərək "Azərbaycan" jurnalının uzun illik fəaliyyətindən, orda işıq üzü görən sanballı əsərlərdən danışıblar, şeirlər oxuyublar.

Qeyd edək ki, şair Əşrəf Şəfiyev, Rafiq Yusifoğlu, jurnalist Sübhan Qafarov və digər yaradıcı şəxslər çıxışlarında "Azərbaycan" jurnalı haqqında öz fikirlərini bildiriblər.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #