Məşhur menecer Ayşe Barım haqqında çıxarılan həbs qərarı ləğv edilib.
Kulis.az xəbər verir ki, qərar Məhkəmə-Tibbi Ekspertizasının təqdim etdiyi rəy əsasında verilib.
Ekspertiza rəyində qeyd olunub ki, Barımın səhhəti ciddi nəzarət və fasiləsiz tibbi yardım tələb edir. Bu səbəbdən, onun müalicəsinin yalnız xəstəxana şəraitində mümkün olduğu, həbsxana şəraitində isə sağlamlıq vəziyyətinin pisləşə biləcəyi vurğulanıb.
Məhkəmənin qərarına əsasən, Ayşe Barımın barəsindəki həbs qərarı qüvvədən düşüb və o, hazırda xəstəxanada müalicəsini davam etdirir.