Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü
22 iyun 2026
# 14:30

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə tanınmış heykəltaraş və Rusiya Rəssamlıq Akademiyasının akademiki Aydın Zeynalova “Rusiya Federasiyasının Əməkdar rəssamı” fəxri adı verilib.

Kulis.az xəbər verir ki, bu fəxri ad heykəltaraşın təsviri incəsənət sahəsindəki nailiyyətlərinə və uzunmüddətli yaradıcılığına görə verilib.

Aydın Zeynalov Moskvada anadan olub, yaşayır və işləyir. O, Moskva Rəssamlar İttifaqının üzvü, Rusiya Rəssamlıq Akademiyasının akademiki və incəsənət tarixi üzrə fəlsəfə doktorudur. 2000-ci ildən bəri müntəzəm olaraq Rusiyada və beynəlxalq sərgilərdə iştirak edib. Onun fərdi sərgiləri Rusiyada, Azərbaycanda və digər ölkələrdə keçirilib.

Heykəltaraşın əsərləri dünyanın hər yerində muzeylərdə və şəxsi kolleksiyalarda təmsil olunur. Onun məşhur əsərləri arasında Rusiyanın Koqalım şəhərində Ümummilli Lider Heydər Əliyevin, İtaliyada dünya mədəniyyətinin görkəmli simaları Cakomo Puççini və Cüzeppe Verdinin, Florensiyada isə Fyodor Dostoyevskinin və Dante Aliqyerinin abidələri də var. Aydın Zeynalov Azərbaycanın Xalq yazıçısı, tanınmış dramaturq və ssenarist Rüstəm İbrahimbəyovun Bakıdakı Fəxri xiyabanda ucaldılmış məzarüstü abidəsinin müəllifidir.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər