Avroviziya 70 illiyini yeni loqo ilə qeyd edir

Avroviziya  70 illiyini yeni loqo ilə qeyd edir
19 avqust 2025
# 09:58

Dünyanın ən böyük musiqi yarışması olan Avroviziya Mahnı Müsabiqəsi, 70 illiyini qeyd etmək məqsədilə loqotipini, yazı üslubunu və marka vizualını yeniləyib.

Kulis.az xəbər verir ki, ənənəvi loqo “Singing Sans” adlı xüsusi şriftlə əvəzlənib, ikonlaşmış Avroviziya ürəyi isə daha da dinamikləşərək 70 qatdan ibarət 3D “Buqələmun Ürək” formasını alıb.

Yenilənmiş brend Avropa Yayım Birliyi və Britaniyanın PALS studiyası tərəfindən hazırlanıb.

Bəzi pərəstişkarlar yeni görünüşü tənqid etsə də, təşkilat bu dəyişikliyin müsabiqənin gələcəyinə dinamizm qatacağını bildirir.

Qeyd edək ki, gələn ilki yarışma Avstriyada keçiriləcək.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər