Avropa muzeylərində növbəti qarət – Tarixi boyunbağı oğurlandı

Avropa muzeylərində növbəti qarət – Tarixi boyunbağı oğurlandı
31 avqust 2026
# 10:40

Avstriyanın paytaxtı Vyana şəhərindəki Tətbiqi Sənətlər Muzeyindən dəyəri milyonlarla dollar olan tarixi boyunbağı oğurlanıb.

Kulis.az xəbər verir ki, iki nəfər naməlum şəxs bilet alaraq daxil olduqları muzeydə nümayiş etdirilən vitrinlərdən birini çəkiclə sındıraraq "Van Cleef & Arpels" imzalı, 200 karatlıq platin və brilyant qızıl boyunbağı aparıblar.

Üzərində 673 qiymətli daş olan bu unikal bəzək əşyası 1939-cu ildə Misir Kralıçası Nazli üçün xüsusi olaraq hazırlanmışdı.

Muzey rəhbərliyi soyğun faktını təsdiqləsə də, istintaq davam etdiyi üçün ətraflı məlumat verməkdən imtina edib.

Hadisə ilə bağlı təhlükəsizlik kameralarına düşən şübhəlilərin axtarışı sürətlə davam etdirilir.

Qeyd edək ki, bu hadisə son zamanlar Avropanın məşhur muzeylərini hədəf alan silsilə soyğunların – Luvr, Vilyena və Sisiyliyadakı muzey oğurluqlarının davamıdır.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər