1960-cı ildə Türkiyənin Burdur şəhərindən qeyri-leqal şəkildə çıxarılan Roma imperatoru Mark Avrelinin tunc heykəli ABŞ-dan geri qaytarılacaq.
Kulis.az məlumat verir ki, heykəl uzun illər müxtəlif kolleksiyalarda saxlanılıb, sonra isə Klivlend İncəsənət Muzeyinə yerləşdirilib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ABŞ hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində heykəlin vətənə qaytarılması barədə razılığa gəlib və hüquqi prosedur tamamlanıb.
Qeyd edək ki, heykəl yaxın günlərdə Türk Hava Yollarının xüsusi reysi ilə vətəninə gətiriləcək.