"Arşın mal alan" Vankuver səhnəsində oynanılacaq

"Arşın mal alan" Vankuver səhnəsində oynanılacaq
9 dekabr 2025
# 13:30

Kanadada fəaliyyət göstərən "Təbriz Azərbaycanlıları Musiqi və Rəqs Ansamblı" 2026-cı ilin mart ayında Vankuverə qastrol səfəri edəcək.

Kulis.az xəbər verir ki, bu barədə ansamblın yaradıcı direktoru Şervin Şadpur məlumat yayıb.

Bildirib ki, məqsəd Azərbaycanın mədəniyyət və incəsənətini Şimali Amerikada başqa millətlər arasında təbliğ etməkdir.

Ansambl sözügedən qastrol çərçivəsində martın 8-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası ilə çıxış edəcək.

Ansamblın növbəti qastrolları isə Kalqarı şəhərinə və ABŞ-ın Nyu-York ştatına planlaşdırılır.

Xatırladaq ki, 2003-cü ildə yaranan ansambl Kanada hökuməti tərəfindən qeydiyyatdan keçib. Repertuarında Emin Sabitoğlu, Fikrət Əmirov, Elza İbrahimova kimi Azərbaycan bəstəkarlarının əsərləri yer alıb.

Ansambl indiyə qədər Üzeyir Hacıbəylinin iki məşhur əsərini "Məşədi İbad" və "Arşın mal alan"ı modern quruluşda səhnələşdirib. Hər iki əsər tamaşaçılar tərəfindən anşlaqla qarşılanıb.

# 229 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər