Milan şəhərində açılan yeni sərgi Corco Armani yaradıcılığı ilə İtaliya sənətinin klassik nümunələrini üz-üzə gətirəcək.
Kulis.az xəbər verir ki, sərgi məşhur dizaynerin dəbin incə detallarla işlənmiş geyim kolleksiyaları ilə Rafael və Karavaccio kimi sənətkarların əsərlərini dialoqa çıxarmağı hədəfləyir. Ziyarətçilər həm dəbin, həm də klassik sənətin estetik əlaqəsini kəşf edə biləcəklər.
Qeyd edək ki, təşkilatçılar sərginin yalnız moda və incəsənət həvəskarları üçün deyil, həm də vizual mədəniyyətin müxtəlif sahələrini birləşdirən yeni perspektiv axtaran hər kəs üçün nəzərdə tutulduğunu bildiriblər.