Məşhur amerikalı müğənni və aktrisa Ariana Qrande "Eternal Sunshine" konsert turunun başa çatmasından sonra ictimai fəaliyyətinə fasilə verəcəyini açıqlayıb.
Kulis.az xəbər verir ki, 32 yaşlı sənətçi bu qərarı yeni albomunun təqdimatından sonra xarici görünüşü ilə bağlı yaranan müzakirələr və üzərindəki daimi ictimai təzyiq səbəbindən alıb.
Qərar nəticəsində sənətçi Londondakı "West End" teatrında aktyor Conatan Beyli ilə birgə rol alacağı "Sunday in the Park with George" müzikalındakı çıxışını da təxirə salıb.
Müğənninin nümayəndəsi bildirib ki, Qrande sentyabrın 1-də Londondakı "O2 Arena"da verəcəyi son konsertdən sonra sağlamlığını və ruh yüksəkliyini qorumaq üçün müvəqqəti olaraq gözlərdən uzaqlaşacaq.
Qeyd edək ki, sənətçinin iyulun 31-də təqdim etdiyi "Petal" klipindən sonra sosial şəbəkələrdə onun fiziki görünüşünə tənqidlər səsləndirilmişdi.
Media
-
Ana səhifə
- Media