Aqata Kristi haqqında serial çəkiləcək

Aqata Kristi  haqqında serial çəkiləcək
23 iyul 2025
# 18:29

Məşhur detektiv müəllifləri Aqata Kristi ve Doroti Seyersin həyat və yaradıcılığına həsr olunan serial yayımlanacaq.

Kulis.az xəbər verir ki, "BBC" ve "BritBox International" telekanallarında göstəriləcək "Detektivlər klubu" serialında süni intellektdən və bərpa olunmuş səs yazılarından istifadə ediləcək.

Serialda 100 il əvvəl qurulan, ələ keçirilməsi çətin və sirlərlə dolu olan "Detektivlər klubu"nun bilinməyən tərəfləri də ekranlaşdırılacaq.

"BBC Studios Drama Productions" tərəfindən hazırlanan ekran əsərində Kristi və Seyers hər seriyanın sonunda cinayətləri aşkara çıxaracaqlar.

Qeyd edək ki, yazıçıların obrazlarını kimlərin canlandıracağı isə hələlik açıqlanmayıb.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

# # #