“Anamın kitabı” yenidən Akademik Milli Dram Teatrının səhnəsində

“Anamın kitabı”  yenidən Akademik Milli Dram Teatrının səhnəsində
29 aprel 2024
# 12:30

Mayın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, tragikomediyanın quruluşçu rejissoru Firudin Məhərrəmov, quruluşçu rəssamı isə Ülviyyə Zərbəliyevadır.

Səhnə əsəri adından məlum olduğu kimi ana dili haqqındadır. Ananın üç oğlu və bir qızı var. Biri ingilis, digəri rus, biri də fars dili üzrə təhsil alıb. Ana yeganə qızının gələcək taleyini oğlanlarından heç biri ilə həll edə bilmir. Obrazlı desək, ananın kitabını heç bir oğul oxumur. Çünki bu oğullar nə anaya, nə də Vətənə layiq övlad kimi yetişməyiblər.

Qeyd edək ki, biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

# 262 dəfə oxunub

Müəllifin son yazıları

# # #