Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb
5 avqust 2026
# 17:00

ABŞ-nin tanınmış maqazin şərhçisi və sosial şəbəkə fenomeni Peres Hilton "TikTok"da apardığı canlı yayımda özünə xəsarət yetirdikdən sonra xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, canlı yayım zamanı baş verənlərlə bağlı daxil olan zənglər əsasında Mayami polis və xilasetmə qrupları hadisə yerinə yollanıb.

Evdə tək olduğu bildirilən 48 yaşlı şou-biznes ulduzu xilas edilərək təcili olaraq xəstəxanaya aparılıb.

Mütəxəssislər onun müalicə altında olduğunu və səhhətinin nəzarətdə saxlanıldığını açıqlayıblar.

Qeyd edək ki, Perez Hilton 2000-ci illərin əvvəllərindən şou-biznes xəbərləri və bloqçuluq fəaliyyəti ilə tanınıb.

# 60 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər