İsveçin Stokholm şəhərində 2025-ci il “Right Livelihood Award” mükafatının laureatlarının adları açıqlanıb.
Kulis.az xəbər verir ki, alternativ Nobel mükafatı kimi tanınan təltif bu il Sakit okean ölkəsi sayılan Vanuatudan “Sakit okean adaları tələbələri iqlim dəyişikliyi ilə mübarizə aparan” (PISFCC) tələbə təşkilatı və hüquq müdafiəçisi Culian Aquon arasında bölüşdürülüb.
"Myanma üçün ədalət" fəalları, Tayvanın Rəqəmsallaşma Agentliyinin sabiq rəhbəri Odri Tan və Sudanda fəaliyyət göstərən “Emergency Response Rooms” təşəbbüs qrupu də digər laureatlar arasında yer alır.
Qeyd edək ki, mükafatlar bu il dekabrın 2-də təqdim olunacaq.