Almaniyanın Köln şəhərində dünyanın ən böyük video oyun sərgisi olan "Gamescom" başlayıb.
Kulis.az xəbər verir ki, tədbirdə 1500-dən çox şirkətin iştirak etdiyi və 300 mindən çox ziyarətçinin gözlənildiyi bildirilir.
Sərgidə "Call of Duty: Black Ops 7", "Lego Batman: Legacy of the Dark Knight" və uzun müddətdir gözlənilən "Hollow Knight: Silksong" kimi oyunların təqdimatları maraqla qarşılanıb.
Nintendo Switch 2 və Xbox Handheld kimi yeni nəsil portativ qurğular da ilk dəfə ictimaiyyətə nümayiş etdirilir.
Qeyd edək ki, bu il Netflix və Disney+ kimi yayım platformalarının da iştirak etməsi oyun və interaktiv medianın sərhədlərinin getdikcə daha da yaxınlaşdığını göstərir.