Alimlərdən iddia: "Leonardo Da Vinçinin DNT-si tapılmış ola bilər"

Alimlərdən iddia: "Leonardo Da Vinçinin DNT-si tapılmış ola bilər"
8 yanvar 2026
# 16:40

Alimlər Leonardo da Vinçinin DNT-sini müəyyənləşdirmək istiqamətində mühüm irəliləyiş əldə etdiklərini iddia edirlər.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da aparılan araşdırma zamanı Leonardoya aid olduğu düşünülən bəzi sənət əsərlərindən götürülən nümunələrdə Toskana mənşəli kişi DNT-si aşkarlanıb.

Tədqiqat hələ elmi ekspertiza mərhələsindən keçməyib və nəticələr ilkin hesab olunur.

Mütəxəssislər əsərlərin əsrlər boyu çoxsaylı insanlarla təmasda olması səbəbindən tapıntılara ehtiyatla yanaşılmalı olduğunu bildirirlər.

Buna baxmayaraq, araşdırma Leonardonun genomunun müəyyənləşdirilməsi istiqamətində yeni imkanlar açır.

# 129 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər