“Azərbaycan” CineMastercard-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə 2025-ci ildə “Ən yaxşı animasiya” kateqoriyasında Oskar mükafatı qazanmış “Axın” tammetrajlı animasiya filmi (rejissor: Gints Zilbalodis) nümayiş olunub.
Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova bildirdirib ki: “Azərbaycanda nadir hallarda, Oskar mükafatını yenicə almış filmlərin prokatı olur və ya bu filmlər hansısa qurumun təşkilatçılığı ilə göstərilir. Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkür edirik ki, bu filmin hüquqlarını alaraq nümayişinə nail oldu.
Qeyd edək ki, “Axın” filminin büdcəsi 3 milyon yarım avrodur. Dünya prokatında indiyə qədər 26 milyon dollar gəlir əldə edib.