ABŞ-nin birinci xanımı haqqında film son illərin ən uğurlu sənədli layihəsi ola bilər

ABŞ-nin birinci xanımı haqqında film son illərin ən uğurlu sənədli layihəsi  ola bilər
2 fevral 2026
# 13:50

ABŞ-nin birinci xanımı Melaniya Tramp haqqında çəkilən “Melaniya” adlı sənədli film premyera günündə təxminən 2,9 milyon dollar gəlir əldə edib.

Kulis.az xəbər verir ki, "The Hollywood Report" nəşrinin yazdığına görə, film son 10 ilin ən uğurlu sənədli layihəsi ola bilər və ilk həftəsonu 8 milyon dollardan çox gəlir toplaması gözlənilir.

Ekran işi Melaniya Trampın həyatından ərinin ikinci inauqurasiyasına aparan 20 günü əhatə edir.

Bununla yanaşı, film bəzi ölkələrdə maraq doğurmayıb, "Daily Record" nəşrinin məlumatına əsasən, Şotlandiyada premyera nümayişlərinə cəmi 16 bilet satılıb.

"Variety" isə filmin Cənubi Afrika Respublikasında, ümumiyyətlə, kinoteatrlarda nümayişdən çıxarıldığını bildirib.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər