Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək

Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
14 avqust 2020
# 15:19

Bu il dünyasını dəyişən Xalq artisti Rafael Dadaşovun qızı, Səidə Dadaşova sənətkarın şeirlərindən ibarət kitabın nəşri üçün kömək istəyib.

Kulis.az xəbər verir ki, bu istəyini sənətkarın qızı Atv kanalında yayımlanan “7 canlı” proqramında qonaq olarkən bölüşüb. O, atasının şeirlərindən ibarət kitabın nəşri üçün maddi dəstək lazım olduğunu bildirib:

"Kömək edən olsa, atamın şeirlərini çap etdirmək istəyərdim. Yaxşı insanlar yəqin məni eşidər. Atamın əlyazmalarını, şeirlərini toplayıb kitab çıxarmaq istəyirəm. Mənə dəstək olsunlar. Yaxşı insanlar az deyil. Ən önəmlisi isə atamın arxasında sevgi var idi. Onu sevirdilər. Atamın şeirlərini yaşadacam".

# 1637 dəfə oxunub

Müəllifin son yazıları

# # #