Xalq artistinin qardaşı vəfat edib

Xalq artistinin qardaşı vəfat edib
21 fevral 2020
# 13:42

Mərhum müğənni Elxan Əhədzadənin qardaşı Eldar Əhədzadə 78 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Müğənninin ailəsindən kulis.aza verilən məlumata görə Eldar Əhədzadə İncəsənət Universitetinin “aktyor sənəti” fakültəsini bitirib. 1970-ci illərə qədər çəkilən bir çox filmlərdə müxtəlif epizodik rollara çəkilib.

Ömrünün son illərində bizneslə məşğul olan Eldar Əhədzadə bronxial asma xəstəliyindən əziyyət çəkirmiş.

Mərhum Xırdalan məzarlığında torpağa tapşırılıb.

# 2156 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #