Xalq artisti bir aylıq əmək haqqını fonda bağışladı

Xalq artisti bir aylıq əmək haqqını fonda bağışladı
3 aprel 2020
# 10:29

Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov bir aylıq əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Kulis.az xəbər verir ki, koronavirusla bağlı çağırış edən Xalq artisti #evdəqal...biz birlikdə güclüyük! şüarına dəstək olaraq vətəndaşlarımızı həmrəy olub sosial izolyasiya aksiyasında məsuliyyətli olmağa dəvət edib.

Murad Hüseynov bütün mədəniyyət və incəsənət xadimlərini dövlət başçısının bu xeyirxah təşəbbüsünə qoşulmağa, koronavirusla mübarizə aksiyasına dəstək verməyə dəvət edib.

# 1125 dəfə oxunub

Müəllifin son yazıları

# # #