Uşaqlar üçün bayram tədbiri təşkil olunub

Uşaqlar üçün bayram tədbiri təşkil olunub
3 iyun 2021
# 14:38

Rusiya Mədəniyyət Fondu və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlar üçün bayram tədbiri təşkil ediblər.

Kulis.az xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Moskvadakı Rusiya Mədəniyyət Fondunda (RMF) uşaqlar üçün “Mı yedem, yedem, yedem... Ura – kanikulı!” adlı bayram səyahəti təşkil edilib.

RMF və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi bu bayramı “Bu gün uşaqlar, sabah xalq” layihəsi çərçivəsində təşkil ediblər. Tədbirin təşkilində “Lestnitsa” kinostudiyası, “Yunarmiya” Hərbi Vətənpərvərlik Tərbiyəsi Mərkəzi, habelə Moskva Musiqili Kadet Korpusunun “Deti kino” məktəb-studiyası da iştirak edib.

# 1374 dəfə oxunub

Müəllifin son yazıları

# # #