Şuşada ayaqyalın konsert verəcəyəm! – Ulduzlar müharibədən yazır...

Şuşada ayaqyalın konsert verəcəyəm! – Ulduzlar müharibədən yazır...
6 oktyabr 2020
# 12:12

Kulis.az sənət ulduzlarının müharibə haqda paylaşımlarını təqdim edir.

Sənubər İsgəndərli

Bəli! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Ali baş komandan İlham Əliyev!

Xumar Qədimova

Nazlı Vətən, ömrün bahar olsun, zəfər olsun, bəxtiyar olsun!!!

Faiq Ağayev

Əziz, sevimli, igid qardaşlarım!

Bu günlərdə dünyanın 4 bir yanında yaşayan bütün Azərbaycanlıların duaları sizinlədir! Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam! Bilin - Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur! Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın! Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun!

Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun!

İnşaAllah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlər, ayaqyalın konsert verəcəyəm!

Zülfiyyə Xanbabayeva

Şəhidlərimizin qanı yerdə qalmayacaq! Qayıdacaq bir gün yenə hər bir qarış torpağımız! Şəhidlik zirvəsinə ucalmış oğullarımız! Ruhunuz şad olsun!

Röya

Əziz həmvətənlərim, azərbaycanlılar, ürəyi Qarabağla döyünən azərbaycanlılar, itirdiklərimiz də oldu, qazandıqlarımız da. Bir gözümüz ağlayır, bir gözümüz gülür. Amma hər birimizin ürəyi sevinc içindədir hal-hazırda. Çünki işğalda olan bir çox torpaqlarımızı aldıq və almağa doğru gedirik. Hamımıza güc arzu edirəm. Hər birimiz güclü olmalıyıq. Biz incəsənət adamları hər zaman sənətimizlə sizin yanınızda olduq. Ürəyimizlə də yanınızdayıq. Ağlar gözlər inşallah gülərək ağlasın. Hər gün cəbhəyə gedən oğullarımız sağ-salamat qələbə ilə evlərinə dönsünlər. Onların toylarını, xoş günlərini keçirək.

Sevda Ələkbərzadə

Mən ilk dəfədir ki, xalqımızı belə ürəkdən sevinən görürəm. Allah bu günləri bizə çox görməsin. Allah sonacan eləsin. Allah şəhidlərimizin ruhunu şad eləsin, əsgərlərimizə isə güc versin. İnanılmaz bir duyğu var içimdə. Yaşasın Azərbaycan!

İradə İbrahimova

Qalib olacağıq, qələbə çalacağıq. Azərbaycanın gözünün nuru,

Qarabağı alacağıq! Bütün ümidimiz sizsiz, Azərbaycan əsgəri! Cəbrayıl, xoş gəldin, səfalar gətirdin! Allah sizi qorusun, igidlərimiz. Əllərinizə, qollarınıza qüvvət.

Abbas Bağırov

Azərbaycanın tarixi şəhərləri, rayon kəndləri, tarixi abidələri, adət ənənələri, şairləri, bəstəkarları, yenilməz güclü ordusu və güclü Ali Baş Komandanı, Prezidenti var!!! Uca Allahım Əsgərlərimizi qorusun, xalqımızı qorusun, torpaqlarımızı kökü bilinməyən düşməndən qorusun inşAllah!!!! Yaşa Azərbaycan!

Tünzalə Ağayeva

Dövlət rəhbərimizə bu ədalətli, tarixi, Vətən Savaşında güc, qüvvət, Allahdan açıq yol diləyirik. Yaşasın şanlı Azərbaycan ordusu. Qarabağ Azərbaycandır!

Nərgiz Cəlilova

Qələbə bizimlədir! Allah ordumuzu, əsgərlərimizi qorusun!

Fərqanə Qasımova

Ey qürurumuz! Ey qeyrətimiz, güclü Ordumuz! Silaha siz sarılın. Duaya biz. Qələbə gününə inamla addımlayırıq inşaAllah!!!

Aygün Kazımova

Can Azərbaycan. Bu gün hər birimizin ürəyi əsgərlərimizlə bərabər Qarabağda döyünür. Yaşasın şanlı Azərbaycan ordusu. Bu gün tarix yazan əsgərlərimiz, zabitlərimiz və generallarımızla fəxr edirəm. Allah sizləri qorusun. Məmləkətimizə yalnız zəfərlər yaraşır!

Zamiq Hüseynov

Bizim heç kimin torpağında gözümüz yoxdur, biz öz torpaqlarımızı azad etmək uğruna döyüşürük!!! Azərbaycan ordusunun gücünü hər kəs görsün və bilsin, torpağımızda gözü olanların gözü çıxacaq, canı çıxacaq!!! Türkün gücü tükənməz, türkün beli bükülməz!!! Salam olsun Azərbaycan əsgərinə. Zəfərə doğru. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!

# 2770 dəfə oxunub

Müəllifin son yazıları

# # #