Hər il may ayında ənənəvi olaraq bir qrup ziyalıya Azərbaycanın görkəmli şairi Rəsul Rzanın doğum günü ilə əlaqədar Beynəlxalq Rəsul Rza Mükafatı təqdim edilir.
Kulis.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Yazıçılar Birliyində (AYB) Beynəlxalq Rəsul Rza Mükafatının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Nazim Muğanlı, Ramiz Əskər, Xasiyyət Rüstəm, Solmaz Amanova, Elnur Uğur, Hüseyn Sözlü, Damət Salmanoğlu, Nazim Məmmədbəyov, Cavanşir Feyziyev və Nəcməddin Mürvətova Beynəlxalq Rəsul Rza Mükafatı təqdim edilib.
- Musiqili Teatr yeni mövsümü videokonfransla açıb
- “Cəfər Cabbarlı: azad bir ruh” filmi çəkildi
- Elçin məşhur romanından danışdı: “Yazanda çap olunmayacağını bilirdim” – LAYİHƏ
AYB sədri Anar hər bir laureatı təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb.