Məşhur rejissor Reha Erdem yeni filmin çəkilişlərini başa çatdırıb.
Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, “Kosmos”, “Qorxuram ana”, “Həyat var” kimi maraqlı filmlərin rejissoru Reha Erdemin onlayn olaraq çəkdiyi “Səni tapdım ya” adlı film yaxın günlərdə tamaşaçılara təqdim olunacaq.
Son hazırlıqları tamamlanan filmdə Serkan Keskin, Nihal Yalçın, Bülent Emin Yarar, Tilbe Saran, Ezgi Mola kimi məşhur aktyorlar çəkiliblər.
- Bir dəstə bənövşə - Hicran Əliyeva
- Yeni şeir kitabı: “Sevgi tozu”
- ARKA film layihələrinin nəticələri ilə bağlı məlumat yaydı
Reha Erdem sosial media vasitəsi ilə rəhbərlik etdiyi filmin yaxın günlərdə tamaşaçılara təqdim olunacağını elan edib.