Rafael Qarabağdan ssenari yazır

Rafael Qarabağdan ssenari yazır
22 aprel 2020
# 14:20

"Keçmiş dostlarımdan müharibə haqqında məlumatlar, faktlar toplayıb ssenari yazıram.”

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov Bəhram Bağırzadənin İnstaqramda canlı yayımda qonağı olarkən deyib. Karantin günlərini evdə idman edərək və ssenari yazaraq keçirtdiyini bildirən aktyor yazdığı ssenaridə Qarabağ müharibəsindən bəhs edildiyini deyib. Əməkdar artist həmçinin hazırda nümayiş olunan tamaşaları da tənqid edib:

"Azərbaycanda istedadlı aktyorlar var. Sadəcə, onların üzə çıxmağına gərək kimsə dəstək olsun. Hərdən məyus oluram ki, istədiyim film, tamaşa yoxdur. Bir tamaşaya dəvət olunmuşdum. Birinci hissə bitən kimi durub getdim. Sıxıldım, dedim, tez çıxım buradan. Oturub sona kimi telefonla oynayardım, vaxtı keçirə bilərdim. Amma vicdansızlıq olardı".

# 1619 dəfə oxunub

Müəllifin son yazıları

# # #