Onlar ən məşhur Azərbaycan uşaqlarıdır – Fotolar 

Onlar ən məşhur Azərbaycan uşaqlarıdır – Fotolar 
1 iyun 2020
# 11:42

Biz onların çoxunu uşaq yaşlarından tanıyırıq. Kimini filmlərdən, kimini mahnı müsabiqələrindən... Uşaq yaşda tanınmaq, məşhur olmaq da bir taledir. Kulis.az 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə uşaq yaşlarından məşhurlaşan sənətçiləri təqdim edir.

Xalq artisti, əfsanəvi kamança ustası Habil Əliyev uşaq vaxtlarından məşhurlaşan sənətkarlardandır. İlk dəfə efirdə. 3 saylı Ağdaş musiqi məktəbində oxuduğu illərdə milli rəqs nömrəsi ilə çıxış edir.

Gallery

Aktrisa Suğra Bağırzadə sənətdə ilk addımlarını “Cücələrim” ansamblından atıb. Onun ifasında səslənən “Cücələrim” mahnısı dövlət televiziyasının qızıl fondunda saxlanılır.

Gallery

Müğənni Tacir Şahmalıoğlu 80-ci illərdə oxuduğu “Bayatı Şiraz”la məşhurlaşıb. Onun ifası Dövlət Televiziyasının qızıl fonduna daxil edilib.

Gallery

Xəyalə Manaflı ilk dəfə böyük səhnəyə 1990-cı ildə çıxıb. Azərbaycan estrada səhnəsində ilk uşaq estrada müğənnisidir. 1992-ci ildə “7...17” tele-müsabiqəsinin qalibi olub.

Gallery

90-cı illərdə məşhur olan uşaqlardan biri də müğənni Amil Həsənoğludur. O, 1997-ci ildə Bakıda keçirilən “Dan ulduzu” mahnı müsabiqəsinin diplomantı, 1998-ci ildə isə qalibi olub.

Gallery


Rejissor Elxan Cəfərovu uşaq vaxtı çəkildiyi “Mən mahnı qoşuram” və “Şir evdən getdi” filmləri ilə məşhurlaşıb.

Gallery

Kinoşünas Cəmil Quliyev “Alma almaya bənzər” filmində ilk dəfə kamera qarşısına keçib. Dənəsiz alma yeyən Kərimovu yəqin ki, unutmamsınız.

Gallery

Xanəndə Firuz Səxavət də uşaq yaşlarından Səxavət Məmmədovla el şənliklərində muğam və xalq mahnıları ifa etməyə başlayıb və qeyri-adi səsi və ifaçılıq qabiliyyəti il az vaxtda məşhurlaşıb.

Gallery

Aktyor Ceyhun Mirzəyev. “Ögey ana” filmi ilə doğuldu, “Fəryad” filmi ilə dünyasını dəyişdi. Yüksək temperamentli İsmayılın film həyatı ilə Ceyhunun real həyatı bir-birinə qarışdı.

Gallery

Tanınmış dirijor Eyyub Quliyev də uşaq vaxtından məşhurlaşan sənətçilərdəndir. O, tar ifaçısı kimi məşhurlaşsa da, ali musiqi təhsilini dirijorluq üzrə alıb və peşəsini bu sahədə davam etdirib.

Gallery

# 4066 dəfə oxunub

Müəllifin son yazıları

# # #