Mühacirətdə olan yazıçı vəfat etdi

Mühacirətdə olan yazıçı vəfat etdi
13 avqust 2020
# 12:34

Amerikada yaşayan rusiyalı yazıçı dünyasını dəyişib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Amerikada yaşayan rusiyalı yazıçı İqor Yefimov 83 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı yazıçının dostu publisist Yevgeni Berkoviç xəbər verib.

Onun sözlərinə görə, bu yaxınlarda Yefimov ona son əsərinin əlyazmasını göndərib. Berkoviç həmçinin onu da əlavə edib ki, kitabın tərtibatı artıq hazırdır və təsdiq üçün yazıçıya göndərilmişdi.

“Bəli onun razılığından sonra kitab hazır olacadı. Ancaq İqor Markoviçin kitabın çapını görməyə vaxtı çatmadı.

Berkoviç dostunun kitabını çap etdirəcəyi üçün söz verib.

1978-ci ildə Amerikaya mühacirət edən yazıçı “Gör, kim gəldi”, “Laborant”, “Yeddinci qadın”, “Qorxunc məhkəmənin arxivi” kitablarının müəllifi olub.

# 1110 dəfə oxunub

Müəllifin son yazıları

# # #